İstanbulda gözlənilən zəlzələ gerçəkləşərsə... - Dəhşətli proqnoz

İstanbulda gözlənilən zəlzələ gerçəkləşərsə, 35 milyon ton dağıntı olacaq. 30 tonluq yük maşını ilə 24 saat dayanmadan daşısaq, bəlkə, 3-5 ilə nəticələrini aradan qaldırmaq mümkün olacaq.
Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri türkiyəli tanınmış seysmoloq Naci Görür deyib.
O, İstanbul zəlzələsinin Mərmərə bölgəsində iqtisadiyyatı iflic edəcəyini bildirib:
“Belə olacağı təqdirdə iqtisadiyyatı qısa zaman ərzində dirçəltməyimiz mümkün olmayacaq. Nəticədə Türkiyə iqtisadi müstəqilliyini itirəcək”.
Qeyd edək ki, İstanbulla yanaşı İzmir bölgəsində də zəlzələ ehtimalının olduğunu deyilir.