SON DƏQİQƏ! Finlandiya İsveçi yarı yolda qoyur - Mühüm NATO mesajı
Finlandiya prezidenti Sauli Niinistö, İsveçin baş naziri Ulf Kristersson və Norveçin baş naziri Jonas Qahr Store İsveçdə birgə mətbuat konfransı keçirib.
Musavat.com xəbər verir ki, mətbuat konfransının əsas gündəmi İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi olub.
Niinistö NATO-ya İsveçsiz üzvlük siqnalını verib. O, fevralın 28-də Finlandiya parlamentində NATO-ya üzvlük prosesi ilə bağlı səsvermə keçiriləcəyini bildirib:
"Bu qərarı parlament verəcək. Macarıstan və Türkiyə təsdiq edərsə, NATO-ya üzv olacağıq".
O vurğulayıb ki, Təsdiq Türkiyənin öz əlindədir:
"Bu proseslə bağlı heç nə edə bilmərik".
İsveç baş naziri Ulf Kristersson isə NATO xaricində Finlandiya ilə çox yaxın hərbi əməkdaşlıq etdiklərini və bu səbəbdən NATO-ya üzvlük prosesində yan-yana olduqlarını bildirib.