Bia.Az

Tehran və Afina qorxu içində - Əgər bu baş versə...

Dünya
 19-02-2023, 16:15     197

Türkiyədə baş verən zəlzələ faciəsi Yunanıstan və İranın paytaxtlarında narahatlıq yaradıb.

 Musavat.com xəbər verir ki, Afinada təbii fəlakətlə bağlı ciddi təlaş var.

Yunanıstanın Baş nazir Kiriakos Mitsotakisin sədrliyi və nazirlərin iştirakı ilə keçirilən iclasda birinci mərhələdə 30 min dövlət binasının (məktəb, xəstəxana və s.) zəlzələyə davamlılığının yoxlanılması qərara alınıb. Ölkədəki 80 min dövlət binasının 16 mini son illərdə yoxlanılıb.

Oxşar narahatlıq İranın 8,5 milyon əhalisi olan paytaxtı Tehranda da yaşanır.

Tehran Şəhər Şurasının sədri Mehdi Şamran fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra açıqlama verib: 

"Tehranda zəlzələ baş versə, bu, əsrin fəlakəti olacaq. Mümkün zəlzələdə yüz minlərlə insanın həyatını itirəcəyi qorxuludur".скачать dle 12.1