Bia.Az

Müharibənin 360-cı günü Putinə QORXUNC XƏBƏR – Rusiya ordusunun …

Dünya
 19-02-2023, 15:56     106

Rusiyanın Ukraynaya hücumunun 360-cı günüdür. Sözügedən işğalda hər iki tərəfin ordusunun itkilərini dayanmadan artıdğı bir vaxtda, ötən ayların ən böyük ölüm xəbərlərindən biri dünən gecə Rusiya tərəfinə verilib.

Keçən il fevralın 24-də başlayan Rusiyanın Ukrayna işğalında 1 ilin başa çatmasına sayılı günlər qalıb. Əvvəllər işğal prosesi rus ordusunun gözlədiyi kimi getmirdi. Aprel ayında paytaxt Kiyevdən geri çəkilməli olan Rusiya ordusu yazda Donbasın iki rayonundan biri olan Luqanskı ələ keçirmək üçün addım-addım irəliləyirdi.


Uzun mənzilli, çoxmənzilli reaktiv yaylım atəşi sistemi HIMARS-ın Ukraynaya gəlməsi əvvəlcə rus işğalçılarının irəliləməsini dayandırdı, sonra əks-hücum baş verdi. Avqustun sonunda hərəkətə keçən Ukrayna qoşunları bir neçə gün ərzində əvvəlcə ölkənin ikinci böyük şəhəri Xarkovu nəzarətə götürdü.

Fevralın 24-də Vladimir Putinin əmri ilə başlayan işğalda rusların ən azı 100 min əsgər itirdiyi təxmin edilir. Moskva indiyədək ölən əsgərlərlə bağlı yalnız iki rəsmi açıqlama verib. Putin aylarla anonsunu verdiyi səfərbərlik qərarını 2022-ci ilin sentyabrında “qismən” elan etməli oldu və 300 min ehtiyat əsgərini cəbhəyə göndərdi.

Bütün bu proseslərin davam etdiyi bir vaxtda İngiltərənin ötən günlərdə verdiyi açıqlamada cəbhə xəttində ölən rus əsgərlərinin sayının 200 min olduğu açıqlandı.

Milli.Az xəbər verir ki, bu açıqlamadan dərhal sonra Putinin ən etibarlı kəşfiyyatçılarından biri, ordunun düşünən beyni adlandırılan Viktor Fursov Ukraynada baş verən hərbi əməliyyatlar zamanı öldürüldü.

Rusiya tərəfdən isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Rusiyanın “İgidliyə görə” medalı ilə təltif olunan Fursovun dəfn mərasiminin yaxın günlərdə keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, keçən il Fursov şəxsən Vladimir Putinin özündən Yeni il tədbiri zamanı medal almışdı.скачать dle 12.1