“Oğlumu öldürüblər, başqa cür ola bilməz” – Meyiti tapılan vəkilin atasından ŞOK İDDİA – FOTO
Danıştay-a (Türkiyənin inzibati məhkəmə orqanı) hücumu təşkil edən vəkil Alparslan Arslan Maltepe Həbsxanasında saxlanıldığı kamerada ölü tapıldığı barədə məlumat vermişdik.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Arslanın intihar etdiyi iddiaları səsləndirilərkən, meyiti yarılma üçün Ədliyyə Tibb Mərkəzinə aparılıb.
Mərhumun atası İdris Arslan isə oğlunun intihar etdiyi xəbərinin doğru olmadığını, onun belə bir addım atmağının mümkünsüz olduğunü bildirib: “Oğlum içəridə öldürülüb, intihar edəcək şəxs deyildi”.
Qeyd edək ki, Arslan saxlanıldığı kamerada zibil torbası ilə tavandan asılmış vəziyyətdə aşkar edilib.
Əlavə edək ki, 17 may 2006-cı ildə Alparslan Arslan vəkillik vəsiqəsini göstərərək üzəri yoxlanılmadan girdiyi Danıştay binasında iclasda olan 5 nəfərlik 2-ci Palata komitəsinə hücum edib. Hücum zamanı hakim Mustafa Yücel Özbilgin həyatını itirib, 4 şəxs yaralanmışdı.