Bia.Az

Devlet Bahçeli Haluk Levent və Oğuzhan Uğuru hədəf aldı: "Bu saxtakarları..."

Dünya
 14-02-2023, 14:22     150

Türkiyənin Miliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli parlamentdə partiyasının fraksiya toplantısında musiqiçi Haluk Leventi və aparıcı Oğuzhan Uğuru hədəf alıb.

Musavat.com com Türkiyə mediasına istinadən xəbər verir ki, qrup toplantısında Haluk Leventin qurucusu olduğu “Ahbap” xeyriyyə fondunundan və Oğuzhan Uğurun aparıcılq etdiyi Babala TV youtube kanalından danışan Bahçeli bunları söyləyib: “Hatayın Antakya rayonunda bəndin partladığını iddia edərək sosial mediada fəlakət bölgəsində qorxu, çaxnaşma və can itkisinə səbəb olanlar nədir? Dövlətin edə bilməyəcəyi, sakitləşdirə bilməyəcəyi, yetişə bilməyəcəyi heç bir iş yoxdur, amma “Ahbap” və “Babalacılar” qarğa kimi qanad çırpırlar. Bu fırıldaqçılar bir daha Türkiyə televiziyalarına buraxılmamalıdırlar. Sosial şəbəkələrə axın edənlər, sanki dövləti acizlikdə göstərirlər, oturduqları budağı kəsdiklərini nə vaxt anlayacaqlar”.

Bahçelinin çıxışından sonra ilk cavab "Ahbap" rəhbəri Haluk Leventdən gəlib. Levent sosial media hesabında "Hörmətli Devlet Bahçelinin müşavirlərinin onu yanıltdığını düşünürəm" deyib.


“Dünən MHP millət vəkilləri çadır şəhərimizi ziyarətə gəldilər. Düşünürəm ki, cənab Devlet Bahçelinin müşavirləri onu çaşdırıblar. Mən hər gün dövlət qurumları ilə işləyirəm və bunu yazıram. Qurumlararası əməkdaşlıq olmadan heç bir uğur əldə olunmur”, - deyə o bildirib.скачать dle 12.1