Bia.Az

UKRAYNADA 3 KRİMİNAL AVTORİTET MƏHV EDİLDİ - “Vaqner”-ə cəlb edilmişdilər

Dünya
 14-02-2023, 11:33     143

Ukraynada davam edən müharibədə “Vaqner”-in öz sıralarına qatdığı 3 tanınmış kriminal avtoritet məhv edilib.

“AzPolitika.info” xəbər verir ki, bunu “Bellingcat” jurnalist araşdırmaları qrupu öz növbəti hesabatında qeyd edib.

Xəbərdə deyilir ki, Ukraynada məhv edilən avtoritetlər 59 yaşlı Sergey Maksimenko, 55 yaşlı Andrey Berejnıx və yenə 55 yaşlı İqor Kuskdur. Maksimenko Penzada, Berejnıx Saratovda, Kusk isə Tatarstanda vaxtilə “at oynadırmış”. Onların hər üçü kriminal qruplaşmalara rəhbərlik etmək, insan alveri, qətllər və digər çoxsaylı ağır cinayətlərə görə ittiham ediliblər.


Maksimenko və Berejnıx bu cinayətlərə görə hərəsi 25 il, Kusk isə 23 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin göründüyü kimi, onlar cəzalarını sona qədər çəkməyə macal tapmadılar.


Bildirilir ki, onlar yay-payız aylarında “Vaqner”-ə cəlb ediliblər. Ötən ilin dekabrında isə hər üçü Ukraynada gedən döyüşlərdə məhv ediliblər. O da qeyd olunur ki, bu avtoritetlər vaxtilə yaşadıqları bölgələrdə dövlət tərəfindən az qala qəhrəmanlar kimi dəfn edilsə də, yerli əhalinin onlara münasibəti kifayət qədər mənfi olub.скачать dle 12.1