Bia.Az

Avropa İttifaqından TÜRKİYƏ qərarı - Mart ayında...

Dünya
 10-02-2023, 17:24     137

Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsi Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişelin tələbi ilə Türkiyə və Suriyada baş verən zəlzələ qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Musavat.com xəbər verir ki, Zirvəsi Toplantısından sonra yekun bəyannamənin dərc olunub.

Şarl Mişelin sözçüsü Barend Leyts yekun bəyannamədə Türkiyədə baş verən və Suriyada dağıntılara səbəb olan zəlzələ ilə bağlı qərar verildiyini açıqlayıb.

Yekun bəyannamədə qeyd olunub ki, Avropa İttifaqı Türkiyə xalqı ilə həmrəydir:
63e51df42269a21334570bc0.jpg (117 KB)
“6 fevral 2023-cü ildə baş verən faciəvi zəlzələdən sonra Avropa Şurası dərin hüznlə başsağlığı verir. Biz türk xalqı ilə həmrəyik. Bu faciədən dərhal sonra ittifaqın sarsılmaz həmrəyliyini nümayiş etdirmək üçün 1600 xilasedici Türkiyəyə göndərilib. Şura növbəti bütün təsirlənmiş ərazilərdə əzabları azaltmaq üçün yardım göndərməyə hazır olduğunu bir daha bəyan edir. Avropa Şurası Avropa İttifaqının təşəbbüsünü alqışlayır”.
Açıqlamada, həmçinin qeyd olunub ki, zəlzələlərdən sonra Türkiyə və Suriyaya dəstək vermək üçün mart ayında konfrans təşkil ediləcək.
"Türkiyə və Suriya xalqına dəstək verən cəmiyyət Beynəlxalq fondları səfərbər etmək üçün mart ayında Brüsseldə görüşəcək”.скачать dle 12.1