Bia.Az

Türkiyədə 101 saatdan sonra ana və 9 yaşlı oğlu dağıntılar altından sağ çıxarılıb - VİDEO

Dünya
 10-02-2023, 11:45     157

Türkiyənin Diyarbakır şəhərində 101 saatdan sonra ana və 9 yaşlı oğlu dağıntılar altından sağ xilas edilib.

Musavat.com xəbər verir ki, məlumatı “TRThaber” yayıb.

Məlumata görə, Hatayda dağıntılar altından bir qadın da sağ çıxarılıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Son məlumata görə, Türkiyədə zəlzələdə ölənlərin sayı 17 674-ə çatıb.Təbii fəlakət zamanı 72 879 nəfərə çatıb.


скачать dle 12.1