Bia.Az

Əhməd Zakayev: "Kadırov xəstə və narkotik aludəçisdir"

Dünya
 7-02-2023, 13:31     146

Çeçen müqavimət hərəkatının lideri Əhməd Zakayev Çeçenistanın rəhbəri Ramzan Kadırovun "xəstə və artıq narkotik aludəçisi olduğunu" iddia edir.

O bildirir ki, Çeçenistan rəhbərinin həddən artıq fəallığı hansısa enerji həbləri ilə dəstəklənir və bu, gələcəkdə özünü büruzə verəcək.

“Bu gün o, bu həblərdən tamamilə asılı olub və bir növ narkotik asılılığı var. Onlarsız artıq özünü idarə etmir. Buna görə də belə bir fərziyyə var ki, o, xəstədir və indi onu istirahət etmək üçün harasa tətilə göndəriblər, amma əslində onu bir az özünə gətirmək üçün müalicəyə yollayıblar", - Zakayev deyib./Musavat.com/скачать dle 12.1