Bia.Az

Ərdoğanın açıqlamalarından sonra bu ölkə TƏCİLİ HƏRƏKƏTƏ KEÇDİ

Dünya
 30-01-2023, 20:01     157

Finlandiya prezidenti Sauli Niinistö Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın açıqlamasından sonra dərhal rəsmi Ankara ilə əlaqə saxladıqlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, Niinistö Ərdoğanın açıqlamalarının Finlandiyanın NATO-ya üzvlük prosesində yürütdüyü siyasəti dəyişmədiyini qeyd edib.

“Biz bu mövzuda xarici işlər naziri Pekka Haavisto ilə həmfikirik. İlkin məsləhətləşmələr mənim kabinetim, Ərdoğanın müşaviri və iki ölkənin xarici işlər nazirləri ilə aparılıb. İndiki mərhələdə deyiləcək heç nə yoxdur. Gələcəkdə bir açıqlama olacaq”, - o bildirib.
Niinistö qeyd edib ki, Ərdoğanın açıqlamaları Türkiyədəki ümumi mənzərəni dəyişməyib və Finlandiya hələ də olduğu yerdədir.
Finlandiya prezidenti müxtəlif proqramlarda İsveçlə birlikdə hərəkət etdiklərini bir daha vurğulayıb:
63d7cbe767b0a90988379337.jpg (47 KB)
"Finlandiyanın NATO-ya üzvlük faydasının bir hissəsi İsveçin NATO üzvü olması ilə bağlıdır. Bu, həlledici məqam deyil, amma nəzərə alınmalı məqamdır”.
Digər tərəfdən Niinistö NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparıb. Finlandiya prezidenti sosial media hesabından verdiyi açıqlamada NATO-ya üzvlük müraciətinin müzakirə edildiyini qeyd edib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı İsveçi “şok edəcək” qərar verə biləcəyini deyib.
Qeyd edək ki, müqəddəs Qurani-Kərimi yandırmaqla gündəmə gələn ekstremist Rasmus Paludan Ankaranın İsveçin NATO-ya daxil olmasına əngəl törədəcəyi təqdirdə hərəkətlərinə davam edəcəyini söyləyib. İsveçli radikal siyasətçi Rixard Yomshof isə Türkiyənin acığına daha 100 Quranın yandırılmasını təklif edib.скачать dle 12.1