Bia.Az

RİA: Qərb Ərdoğanı devirməyə çalışır

Dünya
 30-01-2023, 19:55     129

Kollektiv Qərb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı devirməyi planlaşdırır.

Yenipress.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin köşə yazarı Vladimir Kornilov deyib.

Onun fikrincə, hazırkı vəziyyətə İsveç və Finlandiyanın NATO-ya daxil olması prosesi, bunun fonunda rəsmi Ankaranın Stokholm və Helsinki ilə münasibətlərinin kəskinləşməsi səbəb olub.

Kornilov diqqəti Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun “Voll Strit Jurnal”da dərc olunmuş məqaləsinə çəkib:


“Bolton açıq şəkildə deyir: Ərdoğan vəzifəsində qalarsa, Türkiyə NATO-dan çıxarılmalı və seçkilər etibarsız elan edilməlidir”.скачать dle 12.1