Bia.Az

Ququş şahçıların kampaniyasına qarşı çıxdı

Dünya
 29-01-2023, 13:47     145

Əslən azərbaycanlı olan və ABŞ-da yaşayan tanınmış müğənni Ququş Rza Pəhləvinin xeyrinə başladılan "Mən vəkalət verirəm" kampaniyasına qarşı çıxıb.

Kult.az xəbər verir ki, azərbaycanlı müğənni Tehran rejiminə həqiqi müxalif olanların vəkalətə ehtiyac duymadıqlarını bildirib.

"Yazdım ki, yadigar kimi qalsın. Bu ana qədər xalqın sözü, şüarları nə olub? “Qadın, həyat, azadlıq” və “İslam Respublikasına ölüm”. Bu, nə yeni həştəq, nə də mənim mühacirətdə olan bir sənətçi kimi kiməsə vəkalət verməyimi tələb edir. İran hökumətinə həqiqi müxaliflərin heç birinin vəkilə ehtiyacı yoxdur. Bu qatarın hara getdiyini hələ də bilmirəm, ancaq mənim hədəfim azadlıqdır. Gəlin bu yolda yoldaş olaq", - Ququş bildirib.скачать dle 12.1