Bia.Az

Tramp “III Dünya müharibəsi” dedi, 24 saat vaxt istədi

Dünya
 29-01-2023, 13:39     156

Cozef Bayden insanlığı Üçüncü Dünya müharibəsinin astanasına gətirib çıxarıb.

BİA.az xəbər verir ki, bunu ABŞ-ın eks-prezidenti Donald Tramp deyib.

“2024-cü ildə prezident olsam, dünyanı dinc zamanlarına qaytara bilərəm” – o bildirib.

Trampın sözlərinə görə, 2020-ci ildə Baydenə uduzmasaydı, Rusiya Ukraynaya hücum edə bilməyəcəkdi:

“Mən 24 saat ərzində sülh müqaviləsinə nail olacaqdım. Üstəlik, amerikalıların nüvə silahından müdafiə üçün yüksək texnologiyalı müdafiə sisteminin yaradılmasına nail olacaqdım”.скачать dle 12.1