Bia.Az

“eBay” şirkətinə yeni rəhbər təyin olundu

Dünya
 14-04-2020, 10:19     293

“eBay” şirkətinə yeni rəhbər təyin olundu“eBay” onlayn alış-veriş şirkətinin Direktorlar Şurası Ceymi Yannonu baş direktor vəzifəsinə təyin edib.

“bia.az” şirkətin saytına istinadən xəbər verir ki, bu barədə açıqlama verən şura sədri Tomas Tirni son bir neçə aydır baş direktor əvəzi işləyən Skott Şenkelə təşəkkür edib.

Aprelin 27-dən yeni vəzifəyə başlayacaq C.Yannon əvvəllər “Walmart” onlayn alış-veriş şirkətinin bir bölümü olan “Walmart eCommerce”nin icraçı direktoru işləyib. 2002-2009-cu ildə isə “eBay”da müxtəlif vəzifələrdə çalışmış C.Yannon yeni vəzifədə əsas məqsədlərindən biri kimi kiçik sahibkarlığa dəstək olacağını qeyd edib.

“eBay”ın əvvəlki baş direktoru Devin Veninq isə 2019-cu ilin sentyabr ayında istefa verib.скачать dle 12.1