Bia.Az

Rusiyada koronavirusa yoluxanların sayı 18 mini ötüb, 148 nəfər ölüb

Dünya
 13-04-2020, 10:00     300

Rusiyada koronavirusa yoluxanların sayı 18 mini ötüb, 148 nəfər ölübRusiyada son bir gündə 2 558 nəfərə koronavirus diaqnozu qoyulub, 18 nəfər virusun qurbanı olub.

“bia.az” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 18 328 nəfərə, ölənlərin sayı 148-ə, sağalanların sayı isə 1 470 nəfərə çatıb.

Yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada qeydə alınıb - 1 355. Beləliklə, Moskvda yoluxma hallarının sayı 11 513-ə çatıb.

Operativ Qərargahdan verilən məlumata görə, yeni yoluxanların əksəriyyəti yaşı 45-dən aşağı olan şəxslərdir.

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 854 000-i ötüb. Bunların 428 069 nəfəri sağalıb, 114 293 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 12.1