Bia.Az

“Putin 2024-cü ilə qədər yaşamayacaq” - RF DD eks-deputatı

Dünya
 11-01-2023, 01:32     177

Rusiyalı müxalif siyasətçi İlya Ponomaryov Ukraynadakı müharibədə məğlubiyyətə görə Kreml diktatoru Vladimir Putin rejiminin çöküşünü proqnoz edib.

«Putinə qələbə lazımdır. Dəqiqi, o, nəyi isə qələbə elan edə bilər. Əgər yenidən müəyyən ərazilər ələ keçirilərsə, hansı ki, onları Putin öz ayağına yaza bilər, o zaman bu, onun üçün müəyyən qələbə sayıla bilər» - Ponomaryov «Ecprecco» telekanalı üçün bəyan edib («UNİAN»).

O, Putinin başlıca problemini elə indicə səsləndirib - bu, özünü RF əhalisi üçün qalib rolunda göstərmək qabiliyyətində omamasıdır. «Son aylar Putinin etdikləri getdikcə daha çox hansısa özünəqəsdi xatırladır. Necə ki, o, Ukrayna ərazilərinin ilhaqını elan etdiyi zamandakı kimi, Ukraynadan sadəcə, gedə bilməz. Putin Rusiya əhalisinə əraziləri birləşdirdiyini elan edib və indi sadəcə, eləcə getmək onun üçün fəlakət olar. Bu, onun məğlubiyyəti olacaq və Putin onlar üçün lider olmayacaq. Məhz ona görə, mənim o proqnozum ki, o, 2024-cü ilə qədər yaşamayacaq, tamamilə realdır» - Ponomaryov əlavə edib.

Xatırladırıq ki, bundan əvvəl Ponomaryov RF Prezident Administrasiyası başçısının birinci müavini Sergey Kiriyenkonu Rusiya Prezidenti postuna Putindən sonra başlıca namizəd adlandırıb.

Putin rejimi nə vaxt və necə çökəcək? Maraqlı proqnozlardır.

Bundan əvvəl analitiklərin qeyd etdikləri kimi, Putin üçün varis - sağ qalmaq məsələsidir. Rusiyada rəhbərə hər şeydən əvvəl nəyi desən bağışlaya bilərlər, təkcə hərbi məğlubiyyətdən savayı.

Rusiyalı vəkil Mark Feygin ehtimal edir ki, RF generalları Putinə «qara işarəni» göstərə bilərlər.

Poitoloq və publisist Andrey Piontkovski hesab edir ki, Rusiyanı «yeni nümunəli» vətəndaş müharibəsi bürüyəcək.

Ukrayna hərbi kəşfiyyatında əmindirlər ki, Putin xərçəng xəstəsidir. Yanvarın əvvəlində kəşfiyyat rəhbəri Budanov Kreml diktatorunun tezliklə öləcəyinə, həm də müharibənin sonuna qədər öləcəyinə əmin olduğunu bildirib./AzPolitika.infoскачать dle 12.1