Bia.Az

Kirovda drondan istifadə qadağan olundu

Dünya
 11-01-2023, 01:29     145

Rusiyanın Kirov vilayətində dronların istifadəsinə qadağa qoyulub.

Axar.az xəbər verir ki, bu barədə Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov sərəncam imzalayıb.

“Dövlət orqanlarının, tabeliyində olan təşkilatların, digər müəssisə və təşkilatların dövlət orqanları və tabeliyində olan təşkilatlarla bağlanmış müqavilə əsasında istifadə etdikləri pilotsuz uçuş aparatları istisna olmaqla, Kirov rayonunun ərazisində pilotsuz uçuş aparatlarının istifadəsini qadağan etmək qərarına gəlirəm”, - qubernator sərəncamında qeyd edib.

O, vilayətdə ictimai asayişin mühafizəsini gücləndirmək üçün sözügedən addımı atdığını bildirib.скачать dle 12.1