Bia.Az

Rusiya və Belarus HƏRƏKƏTƏ KEÇİR - yanvarın 16-da...

Dünya
 9-01-2023, 01:10     149

Belarus və Rusiya birgə taktiki-uçuş təlimləri keçirəcək.

Musavat.com xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, təlimlər yanvarın 16-dan fevralın 1-dək keçiriləcək.

"Bu gün Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hərbi Kosmik Qüvvələrinin aviasiya komponenti Belarus Respublikasına gəlib", - məlumatda deyilir.

Nazirlikdən o da bildirilib ki, təlimlərə Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının bütün aerodromları, poliqonları cəlb olunacaq.скачать dle 12.1