Bia.Az

Braziliyada keçmiş prezidentin tərəfdarları parlamentə basqın ediblər: Prezident paytaxtdan çıxarılıb-VİDEO

Dünya
 9-01-2023, 01:08     123

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları ölkənin paytaxtında Konqresin binasına basqın ediblər.

APA-nın G1 telekanalına istinadla məlumatına görə, polis aksiyanı dağıtmaq üçün səs qumbaralarından istifadə edib. Telekanal bildirir ki, dövlət çevrilişinə cəhd edən aksiyaçılar Konqresə soxulublar. “Folha” qəzetinin məlumatına görə, prezident Lula da Silva hazırda San-Pauludadır.
Aksiya iştirakçıları Braziliyada keçirilən prezident seçkilərinin nəticələrindən narazıdır.

***

Braziliyanın yeni seçilmiş prezidenti Lula da Silva paytaxtdan çıxarılıb.

APA-nın “Folha” qəzetinə istinadla məlumatına görə, dövlət başçısı hazırda San-Paulu şəhərindədir. Prezident və 3 nazir vəziyyəti təhlil edir, ölkəyə dəyən ziyanı araşdırır.


скачать dle 12.1