Bia.Az

SON DƏQİQƏ! Fransadan sonra Almaniya və ABŞ da hərəkətə keçdi - MÜHÜM QƏRAR

Dünya
 6-01-2023, 16:27     154

Fransa dünən AMX-10 RC tipli yüngül tankı Ukraynaya göndərəcəyini elan etdikdən sonra ABŞ və Almaniya hərəkətə keçib.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolz arasında telefon danışığından sonra Ağ Ev və Berlin tərəfindən verilən ortaq yazılı açıqlamada Almaniya və ABŞ-ın Ukraynaya zirehli texnika verəcəyi, Almaniyanın Kiyevə əlavə olaraq Patriot hava hücumundan müdafiə sistemi də göndərəcəyi bildirilib.

Birgə bəyanatda Bayden və Şolzun Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə bağlı fikir mübadiləsi apardıqları, liderlərin Ukraynanın suverenliyi və müstəqilliyinə dəstəklərini bir daha təkrar etdikləri vurğulanıb.

“Prezident Bayden və kansler Şolz Ukraynaya lazım olan müddətcə lazımi maliyyə, humanitar, hərbi və diplomatik dəstəyi göstərməyə davam etməkdə qərarlı olduqlarını bildiriblər. Bu məqsədlə ABŞ Ukraynaya “Bradley” tipli zirehli döyüş maşınları, Almaniya isə “Marder” tipli zirehli döyüş maşınları verməyi planlaşdırır. Hər iki ölkə Ukrayna qüvvələrinə müvafiq sistemlər üçün təlim keçməyi nəzərdə tutur”, - məlumatda deyilir.
Bəyanatda vurğulanıb ki, iki ölkə Rusiyanın kritik infrastruktura davamlı raket və pilotsuz təyyarə hücumlarına qarşı Ukraynanın hava hücumundan müdafiə imkanlarını dəstəkləməyə davam edəcək.

Bəyanatda həmçinin qeyd olunub ki, Bayden və Şolz digər müttəfiqlər və tərəfdaşların Ukraynaya hərbi dəstək verməsindən məmnunluq ifadə ediblər.скачать dle 12.1