Bia.Az

Xarici mətbuatda İranla bağlı yazılanlar: “SEPAH “KQB” ssenarisini həyata keçirə bilər”

Dünya
 6-01-2023, 16:24     146

Xarici mətbuatda İranda baş verən hadisələrlə bağlı müxtəlif məlumatlar dərc edilib.

Musavat.com həftə ərzində xarici mətbuatda yayımlanan bəzi açıqlamaları təqdim edir:

Fransanın xarici işlər naziri Ketrin Kolonna televiziyaya müsahibəsində İslam Respublikasının "Charlie Hebdo" qəzetinin Əli Xameneyi haqda yazılarına reaksiyası ilə bağlı deyib: “Unutmayın ki, Fransada İslam Respublikasından fərqli olaraq mətbuat azadlığı var və bu azadlığa müstəqil nəzarətçi tərəfindən nəzarət edilir. Bu, İslam Respublikasının bilmədiyi bir məsələdir”.
Siyasi analitik və Ottava Universitetinin professoru Piter Cons “Globe and Mail” qəzeti üçün yazdığı məqalədə deyir ki, əgər İranda islamçı rejimin süqutunun qaçılmaz olduğu sübuta yetirilərsə, SEPAH keçmiş sovet təhlükəsizlik aparatının “KQB" ssenarisini İranda həyata keçirə bilər.
ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali iranlı etirazçılardan ikisi Məhəmməd Broğəni və Mehdi Məhəmmədifərdin edama məhkum edilməsi ilə bağlı “Twitter” hesabında yazıb: “İran liderləri gəncləri öldürməli deyil, dinləməlidirlər!"
Amerikalı aktyor və prodüsser Mark Ruffalo öz İnstaqram hesabında bildirib ki, dünya üzrə 600-dən çox sənətçi iranlı aktyor Təranə Əlidustinin azadlığını tələb edən açıq məktub imzalayıb.
“Arab News” xəbər saytına əsasən, Latın Amerikası ölkələrində başda qadınlar olmaqla bir sıra vətəndaşlar İranın bu ölkələrdəki səfirlikləri qarşısında yürüşlər təşkil edərək İranın repressiyasını və insan hüquqları pozuntularını tənqid edirlər. Dekabrın 19-da Meksikanın paytaxtında vətəndaşlar İran səfirliyi qarşısında toplaşaraq İrandakı iğtişaşlarda saxlanılan və ölüm hökmü verilən etirazçılara dəstək olublar. Bundan başqa, iranlı etirazçı Nəsr Azadaninin edam hökmünə etiraz olaraq Argentinada 1,8 milyon nəfər petisiya imzalayıb. Xəbər saytı 2021-ci ildə dərc etdirdiyi tədqiqatına istinadən qeyd edir ki, İran Latın Amerikasında ABŞ-yə düşmən gözü ilə baxan solçu hökumətlərlə əməkdaşlıq edir. İran və Paraqvay arasındakı müsbət əməkdaşlığın nəticəsində, Braziliya-Argentina-Paraqvay sərhəd xəttində, həmçinin Paraqvayın özündə Hizbullah və İran kəşfiyyatının narkotik vasitə, silah qaçaqmalçılığı, laundromat və terrorçu fəaliyyətləri qeydə alınıb. Bunun qarşılığında İran paraqvaylı siyasətçilərə seçki kampaniyalarında dəstək göstərib. Digər tərəfdən, Kolumbiya və Çili hökumətləri Tehran rejimini tənqid ediblər. Bəzi feminist qruplaşmalar və ictimai xadimlər isə Braziliyada İran hökuməti əleyhinə etirazlar təşkil ediblər.
“Deutsche Welle”: İranda rejim etirazçıların tərəfdarlarını jurnalistləri və müəllimləri işdən çıxarmaqla cəzalandırır.
 скачать dle 12.1