Bia.Az

Rusiya tükənir, ancaq savaş 2023-də bitməyəcək!

Dünya
 3-01-2023, 11:30     163

Ukraynanın bütün işğal olunmuş ərazilərinin azad edilməsi 2023-cü ildən sonra da davam edəcək.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı ekspert Aleksandr Kovalenko deyib.

Onun sözlərinə görə, bu ilin bir neçə ayı ərzində rusların 2022-ci il fevralın 24-dən sonra ələ keçirdikləri torpaqlar azad edilə bilər:

“Bu gün tez-tez Ukrayna ərazilərinin 2023-ci ilin yayı və ya 2023-cü ilin sonunda azad ediləcəyini eşidirəm. Amma bu məlumatların nəyə əsaslandığını eşitməmişəm. Bəli, rus qoşunları tükənir, resursları bitir, lakin lokasiyadan asılı olaraq Ukrayna ərazilərinin işğaldan azad edilməsinə təsir edən bir sıra amillər var”.скачать dle 12.1