Bia.Az

Rus ordusuna daha bir zərbə: 500-dən çox ölü və yaralı var

Dünya
 3-01-2023, 11:25     150

Xerson rayonunun Çulanovka kəndi yaxınlığında Rusiya ordusunun xeyli canlı qüvvəsi məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

"Dekabrın 31-də Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən Xerson vilayətinin Çulanovka qəsəbəsi ərazisində düşmənin canlı qüvvə və hərbi texnikasının vurulması təsdiqlənib. Düşmənin 500-ə yaxın ölü və yaralısı var”-, məlumatda deyilib.

Yanvarın 1-də Ukrayna ordusu Xerson vilayətinin Fedorovka qəsəbəsi ərazisində rus işğalçılarının şəxsi heyətini atəşə tutub. Rus ordusunun itkiləri dəqiqləşdirilir.скачать dle 12.1