Bia.Az

Dünyanın ən uca və alçaqboylu liderləri - SİYAHI

Dünya
 26-11-2022, 13:01     173

Sorğulara görə seçicilər daha yüksək boylu siyasətçilərə üstünlük verir və onları liderliyə daha uyğun hesab edirlər.
 
Sfera.az xəbər verir ki,  “İnsider” saytı dünyanın ən hündür və ən alçaq boylu liderlərinin adlarını və boy ölçülərini açıqlayıb.
 
Siyahını təqdim edirik:
 
İrlandiya prezidenti Maykl D. Higgins - 160 sm

Şotlandiyanın birinci naziri Nikola Sturgeon - 163 sm

Şimali Koreya lideri Kim Çen In – 163 sm-dən 170 sm-ə qədər.Tez-tez Şimali Koreya liderinin boyu 170 sm olduğu bildirilir, lakin bu məlumatın haradan gəldiyi bəlli deyil. Mütəxəssislər hesab edir ki, Kim tez-tez onu hündür göstərən ayaqqabılar geyinir.

Böyük Britaniyanın baş naziri Rişi Sunak - 170 sm.

Sunak Asiya əsilli ilk Britaniya baş naziri və eyni zamanda ən gənc baş nazirdir.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern - 170 sm

Rusiya prezidenti Vladimir Putin - 170 sm

Fransa prezidenti Emmanuel Makron - 173 sm

Macarıstanın baş naziri Viktor Orban - 173 sm

Çin prezidenti Xi Jinping - 175 sm.BBC-nin məlumatına görə, Çin lideri Si Cinpin Maodan sonra ən hündür Çin lideri hesab olunur.

ABŞ prezidenti Co Bayden - 182 sm

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - 183 sm

Kanadanın Baş naziri Castin Trüdo - 188 sm

Serbiya prezidenti Aleksandar Vuçiç 198 sm-dir ki.

Beləliklə dünyanın ən alçaqboylu lideri İrlandiya prezidenti Maykl D. Higgins - 160 sm,  ən uca boylu lideri isə Serbiya prezidenti Aleksandr Vuçiçdir.(ölkə.az)скачать dle 12.1