Bia.Az

Qalib gəl, yarım milyonluq maşın sür- Vəliəhd-şahzadənin səxavəti

Dünya
 26-11-2022, 12:46     196

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman 2022-ci il dünya çempionatının qrup mərhələsinin açılış matçında Argentinanı məğlub edən milli komandaya "Rolls Royce Phantom" hədiyyə edib.

Musavat.com xəbər verir ki, bu barədə “Indoneziya Posts English” məlumat yayıb.

Mənbənin sözlərinə görə, oyunçular qalibiyyətə görə bonus olaraq bahalı hədiyyələr alacaqlar. Bir avtomobilin qiymətinin 460-550 min dollar arasında olduğu qeyd edilir.

Xatırladaq ki, noyabrın 22-də Səudiyyə Ərəbistanı Argentinanı 2:1 hesabı ilə məğlub edib. Komanda üçün bu qələbə dünya çempionatlarında çıxış tarixində dördüncü oldu. Buna qədər komanda 1994-cü ildə Mərakeş (2:1) və Belçikaya (1:0), 2018-ci ildə Misirə (2:1) qalib gəlib. Səudiyyə Ərəbistanında futbolçuların uğurları şərəfinə istirahət günü təşkil edilib.

İlk turdan sonra C qrupuna Səudiyyə Ərəbistanı başçılıq edir. İkinci oyunda isə komanda Polşa ilə qarşılaşacaq. Görüş noyabrın 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.скачать dle 12.1