Bia.Az

Xameneinin bacısı qızı həbs edildi

Dünya
 24-11-2022, 12:35     156

Noyabrın 23-də İranın Ali dini rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı F.Muradxaninin qardaşı Mahmud Muradxaninin Tvitter hesabındakı paylaşımına istinadən məlumat yayıb.

O bildirib ki, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq həbsxanaya aparılıb.

Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan F.Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) tərəfindən həbs edilmişdi. May ayında isə 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılmışdı.скачать dle 12.1