Bia.Az

AVROPA PARLAMENTİ RUSİYANI TERRORÇU DÖVLƏT ELAN ETDİ

Dünya
 23-11-2022, 18:17     11

Avropa Parlamenti Rusiyanı Ukraynaya qarşı işğala başladığı müddətdən bəri “qəddar və qeyri-insani” hərəkətlərə görə “terrora sponsorluq edən dövlət” elan edib.

APA xəbər verir ki, qətnamə bu gün Strasburqda keçirilən aylıq plenar iclasda səsvermədə qəbul olunub.
Səsvermədə 494 parlamentari bu qətnamənin lehinə, 58 əleyhinə səs verib. 44 parlamentari bitərəf qalıb.
“Rusiya Federasiyası tərəfindən Ukraynanın mülki əhalisinə qarşı qəsdən həyata keçirilən hücumlar və vəhşiliklər, mülki infrastrukturun dağıdılması və insan hüquqlarının və beynəlxalq humanitar hüququn digər ciddi pozuntuları Ukrayna əhalisinə qarşı terror aktıdır və müharibə cinayətləridir” qətnamədə deyilir.
Parlament Avropa İttifaqını Rusiyanı beynəlxalq miqyasda daha da təcrid etməyə - beynəlxalq təşkilatlardan və BMT Təhlükəsizlik Şurasından çıxarmağa çağırır. Qətnamədə Avropa Parlamentinin deputatları həmçinin Rusiya ilə diplomatik əlaqələrin zəiflədilməsini, Aİ-nin Rusiyanın rəsmi nümayəndələri ilə təmaslarının mütləq minimumda saxlanılmasını və bütün dünyada təbliğat aparan Aİ-dəki Rusiya dövlətinə bağlı qurumların bağlanmasını və qadağan edilməsini vurğulayır. 
Parlamentarilər həmçinin Aİ-yə üzv dövlətləri Moskvaya qarşı doqquzuncu sanksiyalar paketi üzərində işi tez zamanda başa çatdırmağa, Aİ ölkələrindən Rusiyanın hazırkı sanksiyalardan yayınma hallarının fəal şəkildə qarşısını almağa, bu halları araşdırmağa və mühakimə etməyə çağırır. Qətnamədə qeyd olunur ki, üzv dövlətlər Avropa Komissiyası ilə birlikdə Rusiyaya artıq tətbiq edilmiş sanksiyalardan yan keçməyə kömək etməyə çalışan ölkələrə qarşı mümkün tədbirləri nəzərdən keçirməlidir.скачать dle 12.1