Bia.Az

Putinə “sülh sazişi” üçün çərçivə təklif olunub

Dünya
 23-11-2022, 13:03     173

G20 sammiti ərəfəsində Rusiya və Ukrayna arasında bağlantılarda vasitəçi ölkələrdən biri Rusiya prezidenti Vladimir Putinə mümkün "razılaşma” üçün çərçivə təklif edib.

BİA.az xəbər verir ki, bu barədə "Ukrainskaya pravda” portalı məlumat yayıb.

Saytın informasiyasına əsasən, bu məsələdən ABŞ kəşfiyyatının da xəbəri olub.

Rusiyaya verilən təklifə görə, Ukraynanın cənub və şərqində işğal olunmuş, hətta artıq ilhaq edilmiş ərazilər, Donbas da daxil olmaqla geri qaytarılmalıdır. Burada Krım məsələsi müzakirələrin xaricində tutulub. Çünki Rusiya üçün bu, "Putinin mirası” sayılır. Buna görə də saziş yarımadanın statusu ilə bağlı istənilən müzakirənin 7 il müddətinə dondurulmasını nəzərdə tuturmuş. Ukraynanın NATO-ya daxil olması da eyni müddətə təxirə salına bilərmiş.

Qeyd edək ki, Rusiyanın Kremlə yaxın Teleqram kanallarında bu sazişin layihəsindən bəzi tezislər işıqlandırılıb. Həmçinin təklif olunan variantda Ukraynanın kritik infrastrukturuna raket zərbələrinin dayandırılmasının vacibliyi xüsusilə vurğulanıb. Lakin elə sammitin gedişində Ukraynaya kütləvi raket hücumundan sonra təklif aktuallığını itirib.(musavat)скачать dle 12.1