Bia.Az

İcra başçısı Qarabağ Qazisinin toyunda qol götürüb oynadı... - FOTO

Cəmiyyət
 21-10-2022, 09:25     222

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı
Sahib Alıyevin köməkçisi Ədalət Həsənov, Vətən Müharibəsi qaziləri və veteranları ilə
birlikdə rayonun Hüsənli kənd sakini, 3-cü qrup Vətən Müharibəsi əlili Əhmədov
Nəciməddin Natiq oğlunun toy mərasimində iştirak edib.
DİA.AZ bildirir ki, Nəciməddin Əhmədov Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak
edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və Azərbaycan Respublikasının Baş naziri Əli
Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Qazinin 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərindən danışan icra
başçısı Nəciməddinin torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi
yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də
yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşı olur”- deyib.
İcra başçısı gəncləri təbrik edərək, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət
diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini, onların “baş tacı”mız
olduğunu bildirib.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın daim şəhid və qazi ailələrinə, müharibə veteranlarının problemlərinə
diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının
qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə
kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının
dövlət siyasətinin prioritetlərindən olduğunu bildirib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran qazini təbrik edib, ona xoş arzularını
çatdırıblar.
İcra başçısının Vətən Müharibəsi qaziləri və veteranları ilə birgə rəqsi məclis iştirakçılarını
qürurlandırıb.
Rayon rəhbəri yeni ailə quran gənclərə plazma televizor hədiyyə edib.

İcra başçısı Qarabağ Qazisinin toyunda qol götürüb oynadı...
İcra başçısı Qarabağ Qazisinin toyunda qol götürüb oynadı...
İcra başçısı Qarabağ Qazisinin toyunda qol götürüb oynadı...
İcra başçısı Qarabağ Qazisinin toyunda qol götürüb oynadı...


скачать dle 12.1