Bia.Az

Azərbaycanda “şortik” qadağası: Bazardan Filarmoniyaya keçdi - AÇIQLAMA

Cəmiyyət
 26-09-2022, 12:02     216

Azərbaycanda dəfələrlə şort geyinməklə bağlı qadağalar müzakirə mövzusuna çevrilib.

Bir müddət öncə Bakının Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı”a şort geyinən şəxslərin girişi qadağan olunmuşdu. Bazara girişə tətbiq edilən bu qayda cəmiyyətdə müsbət qarşılanmamışdı. Şort qadağası indi isə bazardan mədəniyyət ocağına ayaq açıb. Belə ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsertlərə şort geyinmək yasaqdır. Bu qayda ölkəmizdə keçirilən konsertlərin onlayn bilet satışını həyata keçirən iTicket saytında yazılı şəkildə əksini tapıb. Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Dövlət Akademik Filarmoniyası ilə əlaqə saxladıq.

BİA.AZ bildirir ki, qurumdan Cebhe.info-ya qadağanın tətbiqini əsaslandıra bilməsələr də, olduğunu təsdiqlədilər:

“Qaydanı rəhbərlik qoyub. Biz bunu yazılı şəkildə həm Filarmoniyanın girişində, həm də iTicket saytında yazmışıq. Bu, bizim mərkəzin qaydasıdır. Ona görə də icazə yoxdur. Biz bunun izahını verə bilmirik, bizə rəhbərlik tərəfindən bu şəkildə tapşırılıb. Biz bunu Azərbaycan dilindən başqa, rusca və ingiliscə yazmışıq. Əynində şortla gələnlər olub, istər yerli, istər xarici vətəndaş olsun, biz iradımızı bildirdikdən sonra onlar gedib, əyinlərini dəyişib yenidən gəliblər”.

Azərbaycanda “şortik” qadağası: Bazardan Filarmoniyaya keçdi


скачать dle 12.1