Bia.Az

“12-ci imam” qazilərin 370 min manatını “yeyib” - Zərərçəkənin ifadəsi yeni faktlar açır

Cəmiyyət
 31-08-2022, 18:33     116

Özünü 12-ci imam kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.

Bakupost.az xəbər verir ki, 30 avqust 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən Zərərçəkmiş şəxs Natiq Sadıqov dindirilib. Zərərçəkmiş şəxsin dediyinə görə, Aqil Babayevlə tanışlığı 2004-ci ildə başlayıb:
“Həmin vaxtdan mütəmadi olaraq Aqilin təşkil etdiyi dini məclislərdə iştirak etməyə başladım. Özüm Aqilə dini savadına və biliyinə görə hörmət bəsləyirdim. Bir müddət sonra Aqil aramızdakı dini söhbətlər gedişində özünü 12-ci İmam Mehdi olduğunu və yer üzünə xüsusi missiya ilə gəldiyini bildirməyə və təbliğ etməyə başladı və mən də digər şəxslər kimi Aqilin İmam olduğunu qəbul etmişdim. Biz fəxr etdik ki, Allah bizə belə bir sirr açıb".

Zərərçəkmiş şəxsin dediyinə görə, Aqil Babayev əvvəllər çox kasıb biri olub, ilk avtomobili də o alıb:
"Aqilin anası lift idarəsində, atası isə xiyarsatan olub. Onun evini də mən təmir etmişəm. Aqilin yaşaması üçün Xocahəsən qəsəbəsində ev tikdirmişəm, dəfələrlə maddi yardımlar etmişəm, 132 min ABŞ dollarına AUDİ A8 maşını da alıb hədiyyə etmişəm. Onları istəmirəm, hallalığını da vermirəm. Natiq Sadıqov ifadəsində 44 günlük vətən müharibəsi zamanı 20 min manat silahlı qüvvələrə rəsmi qaydada pul köçürdüyünü və dəfələrlə təxminən 3000 nəfər hərbçi əsgərlərin yeməyi üçün ərzaq və qida məhsulları göndərdiyini bildirib. Amma o yardımları mən etmişəm. Sonradan mənə bildirdi ki, yardımları dayandırıb, əvəzində qazilər üçün bina tikək”.

Natiq Sadıqov ifadəsinin davamında Aqil Babayevin ondan şəhid və qazi ailələrinə mənzillər tikdirib verəcəyi adı ilə aldadaraq 370 min manat və imkansız ailələrə paylanılması üçün verdiyi 173 min manat pulu tələb etdiyini bildirib: “Qazilərə yardım etməyini təsdiqləyən video görüntülər də var. Reklam olmasın deyə həmin videoları ictimaiyyətə təqdim etmək istəmirəm, amma lazım olarsa, onu sizə verə bilərəm”. Natiq Sadıqov suallara cavab olaraq Aqil Babayevin “ŞAURMA № 1” restoranlar şəbəkəsinə nə rəsmi, nə də ki, qeyri-rəsmi heç bir aidiyyətinin olmadığını, 9 iyun 2021-ci il tarixdə Aqil Babayevin ona zəng edərək ondan şikayətçi olmaması üçün yalvardığını da bildirib.Məhkəmədə sədrlik edən təqsirləndirilən şəxs Aqil Babayevdən zərərçəkmiş şəxs Natiq Sadıqova suallarının olub-olmaması barədə sualına isə Aqil Babayev Natiq Sadıqova suallarının olmadığını bildirib.

Növbəti proses sentyabrın 6-a təyin olunub. Xatırladaq ki, Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.скачать dle 12.1