Bia.Az

Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır

Cəmiyyət
 31-08-2022, 11:46     85

Xalq artisti Ənvər Həsənovdan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.

BİA.AZ xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atasının bir müddət əvvəl də koronavirus xəstəliyi keçirdiyi məlum olub.

"Hazırda vəziyyəti ağırdır və bir neçə gün əvvəl yerləşdiyi xəstəxanada müalicələri davam etdirilir", - A.Həsənova əlavə edib.

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.
скачать dle 12.1