Bia.Az

ELŞAD ABDULLAYEVƏ “VƏTƏNƏ XƏYANƏT” İTTİHAMI İLƏ CİNAYƏT İŞİ AÇILMALIDIR

Cəmiyyət
 30-08-2022, 15:27     321

Məlum olduğu kimi, hələ xeyli müddət əvvəl, yəni, torpaqlarımızın işğal altında olduğu dövrdə Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin oğlunun Moskvada ermənilərlə əməkdaşlığı üzə çıxmışdı.

Həmin vaxt yayılan xəbərə görə, E. Abdullayevin oğlu Elşən Abdullayev Moskvada ikili vətəndaşlıq alıb, orada məskunlaşıb və ailəsindən ayrı yaşayır. Elşad Abdullayevin oğlu evli deyil və rəsmi olaraq Rusiyanın qanunlarına zidd şəkildə orada vətəndaşlıq almağa nail olub. Həmçinin, Elşən Abdullayev ilə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qızı arasında notarial qaydada borc müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, erməni qızına 4.5 milyon rus rublu civarında pul ödənib.  Pulun hansı məqsədlə ödəndiyi açıqlanmırdı.

Göründüyü kimi, Azərbaycanda onlarla cinayət törədib ölkədən qaçmağa nail olan Elşad Abdullayev hal-hazırda Fransada yaşasa da, oğlu vasitəsilə yenə də ermənilərlə əməkdaşlığını davam etdirib.

Doğrudur, Elşad Abdullayevin oğlunun Sərkisyanın qızına verdiyi pullar Azərbaycan Ordusunun 2020-ci ilin payızında zəfər yürüşünün qarşısını ala bilmədi. Ancaq əgər o pullar mülki deyil, informasiya savaşına yatırılmış da ola bilər, Rusiyadakı anti-Azərbaycan təbliğatı aparan KİV-lərin fəaliyyətini stimuyllaşdıra bilər. Həm də nəzərə almaq lazımdır ki, informasiya müstəvisində savaş indi də davam etməkdədir.

Sözügedən pul məsələsi sübut edir ki, Elşad Abdullayev təkcə ayrı-ayrı vəzifəli şəxslərə deyil, bütövlükdə Azərbaycana – Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı dava açıb. Əgər bir azərbaycanlının erməniyə verdiyi pulla bircə güllə sursat alınıbsa və o güllə bircə nəfər əsgərimizi şəhid edibsə, demək, pul verən sözün həqiqi və hərfi mənasında Vətən xainidir və ona qarşı Cinayət Məcəlləsinin “Vətənə xəyanət” maddəsi ilə də cinayət işi açılmalıdır.

Başqa bir məlumata görə isə, Elşad Abdullayev Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialını ermənilərə 60 milyon dollara satmaq istəyib. Amma Rusiyada yaşayan bəzi təəssübkeş soydaşlarımızın səyi ilə bunun qarşısını almaq mümkün olub. Razılaşın ki, əgər bu iş baş tutsaydı, mənfur ermənilər Elşad Abdullayevin deyil, yenə də Azərbaycanın əmlakını qəsb etmiş olacaqdılar. Elşad Abdullayev isə bu hadisəni Fransadakı erməni dostları ilə bayram edəcəkdi. Təəssüf ki, Azərbaycanın Təhsil Nazirliyi bu universitetə, onun Moskvadakı filialına sahib çıxmaq istəmir. Qəribədir ki, bu mövzuda jurnalistlər xeyli yazsalar da, rəsmi şəxslərin, indiki təhsil naziri Emin Əmrullayev bir yana, hətta heç sabiq təhsil naziri Misir Mərdanovun da münasibətini bildirən açıqlamalara rast gəlmirik. Axı, Moskvada tikilən və qiyməti 60 milyon dollar dəyərində olan təhsil müəssisəsi asanlıqla ərsəyə gəlməyib. Misir Mərdanov təhsil naziri olan vaxtlarda Elşad Abdullayevə təhsil müəssisəsini yaratmaq üçün lisenziya verilib. Lakin təəssüflər olsun ki, indi həmin universitetin inzibati binasına heç kəs sahib çıxmır.

Ən azı aidiyyatı qurumlar Misir Mərdanovdan soruşmalıdırlar ki, bu universitet necə tikilib, icazəni kim verib, hansı vəsaitlə ərsəyə gəlib və Azərbaycandan pul necə çıxıb? Bütün bu məsələlər araşdırmalıdır. Ondan sonra Rusiya dövlət orqanlarına bildirilməlidir ki, torpağın sahibi Elşad Abdullayev ölkədən qaçıb, onun əmlaklarına isə qadağa qoyulub. Qanunla universitetin binası Azərbaycan dövlətinə məxsusdur. Odur ki, qanuni varis də dövlət olmalıdır.


“Qanun və Hədəf”скачать dle 12.1