Bia.Az

ŞOYQUNUN AQİBƏTİ - Hələ ehtiyatda daha bir qeyri-rus «sərkərdə» var...

Cəmiyyət
 30-08-2022, 01:00     431

Xəbər verildiyi kimi, Ukraynadakı qanlı müharibənin yeddinci ayında ekspertlərin bildirdikləri kimi, «uğursuzluq şoku»na düşmüş Rusiya diktatoru yaxın «dostları»ndan biri, Rusiya Federasiyasının Müdafiə naziri, Rusiya qəhrəmanı Sergey Kujugetoviç Şoyqunu Ukraynadakı müharibəyə «rəhbərlik»dən kənarlaşdırıb və gözlənildiyi kimi, Rusiya ordusunda hökm sürən total hərc-mərcliyin, qeyri-kompetentliyin, korrupsiyanın bütün günahları bu qeyri-rusun boynuna yüklənəcək.

Bu, heç də təəccüblü deyil, belə ki, Kreml diktatoru özünü təmizə çıxartmaq üçün Kujugetoviçi qurban verməli idi. Amma mövcud situasiyadan və bu ölkənin hərbi təcrübə tarixindən çıxış edərək, iddia etmək olar ki, Şoyqunun «çıxdaş edilməyi» ilk təcrübə olmadığı kimi, sonuncu da olmayacaq. Belə ki, hələ ehtiyatda daha bir qeyri-rus «sərkərdə» var - Kadırov Ramzan Axmatoviç!

Maraqlıdır, qeyri-rus Şoyqunun Müdafiə Nazirliyindən nəsibi nə oldu? «Çıxdaş» edilməkliyi! Bəs, qazancı? Əminliklə demək olar ki, zavallı «buryat»ların xaincəsinə güdaza verilməsi…

İndi Ramzan Axmatoviç «gözü çıxan» qardaşı Sergeydən ibrət götürməli olacaq. Necə deyərlər, Axmatoviç bu məntiqdən çıxış etməli olacaq: Bu ağılı kimdən öyrəndin? Gözü çıxan qardaşımdan!

Odur ki, bihudə yerə cavan çeçenləri heç nədən, Ukrayna çöllərinə ucuz ölümə göndərməyin mənası yoxdur - günlərin birində səni də çıxdaş edəcəklər…

Mirzə AĞ
AzPolitika.infoскачать dle 12.1