Bia.Az

BDU-da çalışan deputat: - “Buradan getməyim mümkün deyil”

Cəmiyyət
 26-08-2022, 19:01     240

“Mənim həyatım Baki Dövlət Universiteti ilə bağlıdır.Buradan getməyim mümkün olan məsələ deyil. 20 ildən artıqdır ki, kafedra müdiriyəm və hal-hazırda işimin başındayam.”

BİA.AZ xəbər verir ki, bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin kafedra müdiri olan Anar İskəndərov bəzi deputatların və vəzifəli şəxslərin universitetdən kənarlaşdırılması ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

Saytımıza açıqlamasında Anar İskəndərov deyib ki, o, öz işinin öhdəsindən layiqincə gəlir: ” Mən hər həftə universitetdə oluram, kafedra işləri ilə məşğul oluram. Deputat kimi yenə də öz fəaliyyətimə davam edirəm. Qanunvericilikdə deputatın elmi-pedoqoji fəaliyyətinə qadağa yoxdur. Ona görə də bilmirəm ki, digər həmkarlarımla bağlı bu qərar nəylə əsaslandırılıb. Mən bu xəbəri sizin saytınızdan oxudum. Məzuniyyətdəyəm deyə detallı bilmirəm”.
скачать dle 12.1