Bia.Az

Bir qardaşı çörəyimizi haram edir, digəri də belə... - Jurnalistin BAŞINA OYUN AÇDILAR...

Cəmiyyət
 26-08-2022, 13:00     74

Çin istehsalı olan “Changan”, “Baic” və “GAC” avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi olan “Sirena Motors” MMC-nin tənəzzül edərək tam müflis elan edilmə ərəfəsindədir. Bunun səbəbi şirkətin müştərilərlə hesablaşmalarında ilkin ödənişi edilmiş, hətta qiymətinin yarıdan çoxu ödənilmiş maşınları belə cüzi borc, gecikmə bəhanələriylə ədalətlilik prinsiplərini pozaraq müştərilərin əlindən almağa çalışması, təmirə qəbul etdiyi hallarda girov saxlayıb geri qaytarmaq istəməməsi, hətta hüquq müstəvisində müştərilərə qarşı iddialarının təmin edilmədiyi, avtomobilin cavabdehdən alınmasının qanunamüvafiq və ədalətli hesab edilmədiyi hallarda belə məhkəmə qərarlarını icra etməyə tələsməməsi və ən əsası da idarəetmə işinin savadsız kadrlara həvalə edilməsi kimi faktorlar olmuşdur.

Hamıya bəlli idi ki, şirkətin məqsədi avtomobili öz adına keçirəcəyi, ona yiyələnəcəyi günün uzaqda olmadığını düşünən müştəridən mümkün olacaq qədər çox para qoparmaq, üzərinə əlavə faizlər yükləyərək borc altından çıxmasını mümkünsüz edib avtomobili əlindən almaqdı ki, bu halın da tendensiya xarakteri alması cəmiyyətimizdə narazıçılıq doğururdu.
Məhkəmə müstəvisində nümayəndəlik institutunun ləğv edilməsi və bunun nəticəsi olaraq vəkillik xidmətinin qiymətinin artması vətəndaşları adı çəkilən şirkətlə mübarizədə aciz duruma saldı və müflis olan insanların çoxu daha dərin bataqlığa düşməmək üçün ziyanın yarısından da geri qayıtmağa üstünlük verərək, mübarizələrini dayandırırdılar.
Amma “Sirena Motors” MMC kimi nəhəng ilə çəkişməyə gücü çatan az sayda şəxslər olurdu ki, onların əzmi, qətiyyəti başqalarına da nümunə olmalı, ümumiyyətlə, bu tipli çəkişmələrin məhkəmə təcrübəsində presendent kimi qəbul edilməlidir. Həmin şəxslərdən biri də jurnalist Ramin Məhəmmədoğludur. Şirkətlə onun arasındakı mübahisə de-yure bitib. Amma ətalət qüvvəsi ilə de-fakto davam edir.
Xatırladaq ki, jurnalist 2014-cü ildə adı çəkilən şirkətdən 25768 manata götürdüyü minik avtomobilinin qiymətinin 2017-ci ilin iyul ayına kimi 23070 manatını ödəmiş və az mbləğdə borclu qalmışdı. Amma şirkət ona qarşı 8700 manat borc iddiası qaldıraraq məhkəmə davası açmışdı. İşin məhkəmə masasına çıxarılmasına baxmayaraq, şirkət cavabdehin borcunun üzərinə hər gecikdirilən gün üçün əlavə 6 manat pul tələbi ortaya qoymuşdu. Nəsimi rayon məhkəməsi 02.07.2018-ci il tarixli qətnaməsi ilə iddianı təmin etmişdi. Birinci instansiya məhkəməsi avtomobilin qiymətinin çox hissəsinin ödənilməsini nəzərə almamışdı. Qətnamə ilə razılaşmayan cavabdehin müraciət etdiyi Bakı Apellyasiya Məhkəməsi iddianın cavabdehdən artıq tələb olunan pulla bağlı hissəsini təmin etməmişdi. Şirkətin hüquqşünası məhkəmədə cavabdehin daha əvvəl ödəmiş olduğu pulları da danmağa cəhd etmiş və şirkətin avtomobilin geri qaytarılması tələbini müdafiə etmişdi. Lakin, R.Məhəmmədoğlunun əlində ödəniş qəbzləri vardı, müraciət etdiyi növbəti instansiya – Ali Məhkəmənin Mülki Kollegiyası işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmışdı və yekun nəticədə avtomobilin cavabdehdən alınması qanunamüvafiq və ədalətli hesab edilməmişdi.
Bundan sonra, şirkət əlində öz xeyrinə məhkəmə qərarı olan az borclu müştərisi Ramin Qurbanova yol vərəqəsi vermədiyi üçün idarə etdiyi avtomobil yol polisi tərəfindən saxlanılaraq, duracağa götürülmüşdü. Sonra da “xəbəri duyan” şirkət əməkdaşları mülkiyyət hüququndan istifadə edərək avtomobili götürüb aparmışdılar.
Bunun ardından R.Qurbanovun müraciəti əsasında məhkəmə 8 iyul 2019-cu il tarixdə avtomobilin şirkətə məxsus xüsusi dayanacaqdan götürülməsi və R.Qurbanova qaytarılması və “Sirena Motors” MMC-nin avtomobillə bağlı mülkiyyətçi kimi hərəkətinə qadağan olunması haqda qərar çıxarır. 11 iyul 2019-cu il tarixdə R.Qurbanov Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ilə birgə “Sirena Motors” MMC-nin xüsusi dayanacağına, avtomobili götürməyə gedirlər. Avtomobilə baxış keçirərkən aşkarlanır ki, duracağa aparılarkən işlək vəziyyətdə olmuş avtomobilin üstündən mühərriki, sürət qutusu və başqa ehtiyat hissələr çıxarılıb. Avtomobilin vəziyyəti aktlaşdırılır, R.Qurbanov maşını götürməkdən imtina edir. Məlum olur ki, “Sirena Motors” MMC məhkəmədə son nəticədə qalib gələcəyinə o qədər inanırmış ki, mübahisə predmeti olan əmlakla istədiyi kimi rəftar etmişdir. Bununla da soyğunçu şirkətlə bağlı daha müdhiş bir həqiqət də ortaya çıxmışdı: “Sirena Motors” məhkəmə müstəvisində uduzduğu avtomobili “çolaq” edir, dəyərinin 90 faizini təşkil edən mühərrik və sürət qutusu kimi vacib hissələrini oğurlayırmış…
Jurnalist Ramin Məhəmmədoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edərək, “Sirena Motors”un işlər müdiri Mehmet Coşkuna Azərbaycan Respublikası qanunlarına və vətəndaşlarına sayğı ilə yanaşmanın vacibliyinin xatırladılmasını xahiş etmişdi.
Söhbətimizin bu yerində yada salmağa dəyər ki, “Sirena Motors” MMC məşhur iş adamı, taxıl biznesmeni, sabiq deputat Əsabil Qasımovun qardaşı oğlu Vüqar Qasımovun adına qeydiyyatdadır. Qasımovlar Mehmet Coşqunu işlər müdiri vəzifəsindən kənarlaşdırandan sonra həmin vəzifəyə Mehmetin daha əvvəl işdən qovduğu Nail adlı cavan adamı gətiriblər. Əvvəllər şirkətdə işi kağız-kuğuz daşımaq, kuryerlik etmək olan Nail də savadsızlığı ucbatından vətəndaşları incitməklə məşğuldur. Zatən personalı buraxılmış “Sirena Motors”un fəaliyyəti daha əvvəlki kimi avtomobil gətirib satmaq deyil, yalnız məhkəmə qətnamələri ilə təsdiqlənmiş köhnə borcların yığılmasından, borcluların təqib edilməsindən ibarətdir ki, bundan da ötrü cəmi iki-üç kabinet məşğuldur. Jurnalist R.Məhəmmədoğlu deyir ki, Nail iş başına keçəndən sonra ilk növbədə məhkəmə qətnamələrini əlinin altında saxlamalı idi ki, borclu vətəndaşlarla danışanda borcun məbləği barədə məlumatı olsun. Jurnalist bildirir ki, xeyli sürən məhkəmə çəkişmələrindən sonra onun borcu ortaq məxrəc olaraq 1500 manat kəmiyyətində məhkəmə qətnaməsi ilə təsdiqlənib. Təəccüblüdür ki, Nail bəy jurnalistdən 3000 manat tələb etməkdədir. Ona xatırladılmalıdır ki, heç nədən başı çıxmasa da, ən azı bilməlidir ki, məhkəmə qətnamələri müzakirə olunmur və bunun üstündən lüzumsuz danışıqlarla vətəndaşları incitməyə gərək yoxdur.
//realmedia.az//скачать dle 12.1