Bia.Az

AMEA-da saxta “elmlər doktoru”na kim vəzifə həvalə edib?

Cəmiyyət
 8-08-2022, 13:08     294

Ələddin Məlikovun “elmlər doktoru” olmaması təsdiğlənib.

AMEA Təhsil şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Məlikovun “fəlsəfə elmləri doktoru” elmi dərəcəsinin olmadığı halda özünü hər yerdə “fəlsəfə elmləri doktoru” kimi qələmə verməsinin qanunsuz olması və vəzifəli şəxs olaraq, bu hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsini kobudcasına pozması halı öz təsdiğini tapıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş məktuba əsasən Məlikov Ələddin Mehman oğlunun xarici ölkədə alınmış elmlər doktoru elmi dərəcəsi üzrə sənədləri hazırda müvafiq qaydada baxılmaqdadır.

Bu rəsmi məlumat bir daha təsdiq edir ki, bu ğünə qədər Ələddin Məlikov “fəlsəfə elmləri foktoru” elmi dərəcəsini almayıb və bu elmi dərəcəni göstərmək hüququna malik deyil. DOSYE.ORG bildirir ki, bu qanunsuzluğu təsdiq edən sənədlər öncə dərc olunmuş məqalələrdə öz əksini tapmışdır. Onu da qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğuna da bu məsələ ilə bağlı müvafiq qaydada müraciət olunub və məsələ xüsusi nəzarətdədir.

Görəsən, AMEA-da nə qədər təsdiqlənməmiş, hüquqi sənədi olmayan, dövlətin pulunu mənimsəyən “fəlsəfə doktoru” və “elmlər doktoru” hələ də pərdə arxasındadır?

Yəqin ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ciddi araşdırma apararaq məşğul olacaq.
Belə bir fakt da maraq doğurur ki, eyni vaxtda bir neçə təşkilatda (həmçinin AMEA-nın institutlarında da) çalışan Ə.Məlikov aylıq məvacibini “fəlsəfə doktoru” ya “elmlər doktoru” kimi alıb və alır?

Görünən tərəf odur ki, AMEA prezidenti Arif Həşimov misli görünməyən saxtakarlığa “dabro” verib. Əlbətdə ki, elm ocağında özünü “fəlsəfə doktoru” kimi elan edən şəxsin saxtakarlığı bir başa çox hörmətli alimlərimizə ən böyük təhqirdir.
İranda təhsil alan Ələdin Məlikovu bu yola vadar edən nədir? Suallar kifayət qədərdir. Amma yaxın günlərdə bütün suallara aydınlıq gətiriləcək.
Bu məsələ ilə bağlı araşdırmalar davam edir.//dosye.az

BİA.az
скачать dle 12.1