Bia.Az

Xaçmaz-Xudatyolu bağlanıb, Nabrandakı istirahət mərkəzinin əməkdaşları təxliyə olunub

Cəmiyyət
 11-07-2022, 18:05     399

Xaçmaz-Xudat avtomobil yolu bağlanıb. 

"Report"un Şimal bürosu xəbər verir ki, buna səbəb Xaçmaz rayonunun Müşkür kəndi yaxınlığında baş verən yanğın hadisəsidir. 
Məlumata görə, hazırda Gəndob-Yalama yolu istiqamətindən keçən hissədə müvəqqəti postlar qurulub, nəqliyyat vasitələri alternativ yollara yönləndirilir.
Güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olur, bu səbəbdən qabaqlayıcı tədbirlər görülür.
Ərazidəki istirahət mərkəzinin və yanacaqdoldurma məntəqəsinin əməkdaşları təxliyə olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşə ərazisində yanğın olması barədə məlumat daxil olub.
Musavat.com FHN-in saytına istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Xaçmaz Rayon İcra Hakimiyyətinin müvafiq texnikası əraziyə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
Xaçmaz rayonunda meşə massivində güclü yanğın başlayıb.
"Report"un Şimal bürosu xəbər verir ki, yanğın Xaçmaz-Xudat yolunun Müşkür kəndindən keçən hissəsində, yolun hər iki tərəfinin kənarında yerləşən ərazidə qeydə alınıb.
Alovun qarşısını almaq üçün əraziyə Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Xaçmaz Rayon Polis Şöbəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.





скачать dle 12.1