Bia.Az

“Sosialist Əməyi Qəhrəmanı” – sovet dövründə bu adı və onun “Qızıl ulduzu”nu kimlər alırdı...

Cəmiyyət
 11-07-2022, 17:52     300

Sovet dövrünün ən ali yüksək dövlət mükafatlarından biri Sosialist Əməyi Qəhrəmanı adı sayılıb. Bu mükafat 27 dekabr 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə təsis edilib. Mükafatın əsasnaməsində qeyd olunub:

“Sosialist Əməyi Qəhrəmanı adı ölkənin təsərrüfat və sosial-mədəni həyatında fərqlənmənin ən yüksək dərəcəsidir və o, sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət, ixtira və elmi kəşflər, dövlət qarşısında müstəsna xidmətləri ilə xalq təsərrüfatının, mədəniyyətin, elmin yüksəlişində SSRİ-nin qüdrətinin və şöhrətinin artmasına xidmət etmiş şəxslərə verilir...”

Əsasnaməyə əsasən bu ada layiq görülənlərə xüsusi vəsiqə verilib və onlar eyni zamanda “Lenin “ ordeni ilə də təltif olunubalar.
22 may 1940-cı ildə əsasnaməyə daha bir bənd əlavə olunub. Bu bəndə əsasən Sosialist Əməyi Qəhrəmanına layiq görülənlər üçün medal təsis edilib. Sovet İttifaqı qəhrəmanlarına verilən medallardan fərqli olaraq, bu mükafatın medalının ulduzu üzərində oraq və çəkic əks olunub.
Sosialist Əməyi Qəhrəmanı adı ilk dəfə 20 dekabr 1939-cu ildə 60 illik yubileyi münasibətilə İosif Stalinə verilib. Təqdimat vərəqəsində aşağıdakılar yazılıb:
Stalin_Iosif_Vissarionovich (1).jpg (44 KB)
“Bolşeviklər partiyasının işinin təşkilində, sovet dövlətinin yaradılmasında, SSRİ-də sosialist cəmiyyəti quruculuğunda və Sovet İttifaqı xalqları arasında dostluğun möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə”.
Stalin kitelində, demək olar ki, bütün vaxtlarda məhz bu adı əks etdirən medalı gəzdirib.
Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunanan ikinci şəxs silah konstruktoru Vasili Deqtyaryov olub. 2 yanvar 1940-cı ildə konstrukrora mükafatı şəxsən Stalin təqdim edib. Konstruktor həmin günü həyatının ən əlamətdar günü sayıb. 1949-cu ildə ömrünün son günlərində, xəstəxanada müalicə aldığı zaman “Krasnaya zvezada” qəzetinə müsahibə verəndə Deqtyaryov həmin günü belə xatırlayıb:
“Mükafatı mənə Kremldə Stalin təqdim etdi, sonra üzünü mənə tutub zarafatla dedi:
- Vasili Alekseyeviç, sən məndən sonra ikinci şəxssən ki, bu mükafata layiq görülürsən. Yəqin ki, bunun nə qədər böyük məsuliyyət olduğunu anlayırsan. Əlbəttə, birinci olmaq, mükafatı birinci almaq daha yaxşıdır. Yəqin bu sənin ürəyindən keçib. Amma buna görə narahat olma. Mən sənə icazə verirəm ki, özünü birinci qəhrəman sayasan. Çünki sən də, mən də öz işimizdə birinciyik.
Mən ona təşəkkür etdim. Görüşün sonunda Stalin öz silahdaşları ilə mənim şərəfimə qədəh qaldırdılar...”
12343a_5e42bf350c979.jpg (78 KB)
Stalindən sonra yüksək ranqlı dövlər məmurları arasında Siyasi Büro üzvləri Vyaçeslav Molotov, Georgi Malenkov, Lavrenti Beriya, Anastas Mikoyan SSRİ Ali Soveti Rəyasət Heyətinin 30 sentyabr 1943-cü il tarixli 80 nömrəli qərarı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüblər.
SSRİ Ali Soveti Rəyasət Heyətində Sosialist Əməyi Qəhrəmanı adının təltifləri ilə bağlı 20246 frəman imzalanıb. Bu adı alanların 12441-i kənd təssərrüfatı, 4856 nəfəri sənaye, 1076 inşaat, 800-ü nəqliyyat, 592-si elmi müəssisələrin, 155-i təhsil müəssisilərinin, 123 nəfər dövlət və ictimai qurumların, 100 nəfər Müdafiə Nazirliyinin, 5 nəfər dövlət təhlükəsizliyi və daxili işlər orqanlarının, 89 nəfər digər sahələrin əməkadaşları olublar. 9 nəfər Kommunist Partiyasının veteranı da Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunub.
orden15_1.jpg (61 KB)
Müttəfiq respublikalar arasında qəhrəman adı ilə ən çox rusiyalılar (9670 nəfər) təltif olunublar. Bu adla ən az (137 nəfər) təltif olunanlar isə estonlar olub.
Azərbaycanda 577 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, Ermənistanda isə 255 nəfər.
1949-cu ildə ilk dəfə olaraq üç məktəbli qəhrəman adı ilə təltif edilib. Tacikstandan Mahmud İşnazarov və Tursunal Matkazimov pambıq yığımında, Gürcüstandan Natella Çelebadza isə çay yığımında fərqləndiyinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüblər.
İlk dəfə 5 noyabr 1943-cü ildə qadınlar arasında Antonino Aleksandrova, Anna Jarkova, Yelena Çuxnyuk bu yüksək adla təltif olunublar. Onların hər üçü dəmiryolu işçisi olub.
3341a.jpg (67 KB)
Qeyd edək ki, Sosialist Əməyi Qəhrəmanı adı Sovet İttifaqı qəhrəmanı adından fərqli olaraq yalnız SSRİ vətəndaşlarına verilib. Yalnız bir nəfər, alman fiziki, sovet atom layihəsinin iştirakçısı Ril Nikolaus bu ada layiq görülüb.
Mükafatın mövcud olduğu illərdə 16 nəfər üç dəfə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilib. Bu siyahıda sovet liderlərindən Nikita Xruşovun və Konstantin Çernenkonun adı da yer alıb.
Sovet-alman müharibəsi illərində 170 nəfər Sosialist Əməyi Qəhrəmanı adını alıb. Onlar əsasən aviasiya və silah konstruktorları, müdafiə sənayesi obyektlərində fərqlənən işçilər olublar.
Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilən sonuncu şəxs Qazaxstanın opera müğənnisi, SSRİ Xalq artisti Bibigül Tulegenova olub. O, SSRİ prezidentinin 21 dekabr 1991-ci il fərmanı ilə bu adı alıb.
Analoji olaraq Polşanı çıxmaq şərtilə sosilist düşərgəsində olan ölkələrdə də Sosialist Əməyi Qəhrəmanı adına uyğun ali dövlət mükafatları təsis edilib.
p1_10209121906173.jpg (36 KB)
SSRİ-nin süqutundan sonra Sosialist Əməyi Qəhrəmanı adı dövlət mükafatlarının siyahısından çıxarılıb. Amma hazırda Rusiya Federasiyasında bu ali mükafatla təltif olunanların güzəşt və imtiyazları saxlanılır. Onların arasında sağ qalanlar bu ada görə dövlətdən hər ay 50755 rubl pul vəsaiti alırlar./Musavat.comскачать dle 12.1