Bia.Az

YAP Ağsu rayon təşkilatında “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilmişdir

Cəmiyyət
 24-12-2021, 15:24     662

YAP Ağsu rayon təşkilatının iclas zalında karantin qaydaları gözlənilməklə “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib. Tədbir başlamazda öncə  Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov çıxış edərək bildirdi ki, Prezident İlham Əliyev fəaliyyətinin ilk illərindən ölkədə dayanıqlı iqtisadiyyatın qurulması, əhalinin rifah halının yüksəldilməsi ilə yanaşı, müstəqillik və azərbaycançılıq ideologiyasının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Aparılan uğurlu siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşıb, milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edilib. Eyni zamanda, dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu, ölkənin yeni imkanları beynəlxalq əməkdaşlığı kifayət qədər gücləndirdi, İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” şüarı Azərbaycanın gələcək inkişafını təmin etdi. Bu baxımdan, təsadüfi deyil ki, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Natiq qeyd edib ki, Vətən və xalq qarşısında Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də qüdrətli və müzəffər Ordunun yaranmasıdır. Müasir ordu quruculuğu istiqamətində atılan vacib addımlar Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına daxil etdi. Müzəffər Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin 17 illik gərgin əməyinin nəticəsində formalaşan güclü Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi, ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi. Qürurla demək olar ki, bu gün xalqımız dünyada mübariz, müzəffər xalq kimi tanınır.

Son 18 ildə Azərbaycanın hər bir sahədə əldə etdiyi bütün uğurların, nailiyyətlərin əsasında yalnız və yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə tətbiq olunan düzgün idarəçilik modeli dayanır.

Partiya fəalları Günay İnayətova, Elnur Fərzəlizadə çıxış edərək bildirdilər ki, bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək ona sonsuz etimad, inam, dəstək nümayiş etdirir və bu da təbiidir. Çünki, cəmiyyətimiz Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi olaraq görür. Azərbaycan Prezidentinin sülhsevər və xeyirxah siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi ilə bağlı kifayət qədər faktlar var, belə ki, dövlətimizin başçısının tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri elan olunması həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir. Bu gün Azərbaycanın səsinin dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından eşidilməsi düzgün qurulan siyasətin nəticəsidir. Bu siyasət bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.





скачать dle 12.1