Bia.Az

Yoluxma, itki, peyvənd hesabatı

Cəmiyyət
 26-11-2021, 11:01     256

Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb.

Son rəsmi hesabata görə, ölkədə 580507 nəfər koronavirusa yoluxub, onların 7736-sı vəfat edib.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb. Həmin il 218700 yoluxma, 2641 ölümlə bitib.
2021-ci ilin statistikası belədir: yanvar – 11519 yoluxma, 491 ölüm, fevral – 4318 yoluxma, 88 ölüm, mart – 27176 yoluxma, 347 ölüm, aprel – 57396 yoluxma, 950 ölüm, may – 14847 yoluxma, 396 ölüm, iyun – 2091 yoluxma, 61 ölüm, iyul – 7802 yoluxma, 49 ölüm, avqust – 81042 yoluxma, 613 ölüm, sentyabr – 59011 yoluxma, 889 ölüm, oktyabr – 47468 yoluxma, 549 ölüm, noyabr – 49137 yoluxma, 662 ölüm.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirus infeksiyasına qarşı peyvəndləmə gedir. Noyabrın 26-dək 5 milyon 63 min 688 nəfər bir doza, 4 milyon 544 min 439 nəfər iki doza, 787 min 910 nəfər üç doza peyvənd alıb.
Aktiv xəstə sayı 27736 nəfər göstərilir.
скачать dle 12.1