Bia.Az

Xırdalan. 23 sayli uşaq bağçasının müdirəsi Aybəniz xanımdan MARAQLI TƏŞƏBBÜS - Alqışa layiqdir...

Cəmiyyət
 4-11-2021, 12:13     1 139

Xırdalan şəhəri, 23 sayli körpələr evi-uşaq bağçasının müdirəsi Aybəniz xanım Sadıxova vətənpərvər təşəbbüsü, xeyirxah, alicənab davranışı ilə yenə də diqqəti cəlb edib. Belə ki, körpələrin təzə-təzə çiçək açan qəlblərində bir ömür yadda qalan gəzinti təşkil edərək onlara xüsusi qayğı, diqqət göstərib, körpələrə vətənpərvərlik hissləri, kitaba sevgi, təhsil-tərbiyəyə maraq, tarixi abidələrimizə, soy-kökümüzə əsl içdən bağlılıq hissi aşılayaraq yaddaşlara həkk olub.

Bu addımda məktəbəqədər qrup muəllimələri Bikə Mehdiyeva və Leyla Əhmədovanın da rolu əvəzsizdir.

İlk öncə kollektiv "Şəhidlər xiyabanı"na baş çəkib, şəhidlərimizi ehtiramla yad edib, onların şərəfinə seirlər söyləyiblər. Daha sonra kitab evinə ekskursiya edib, kitablarla tanıs olub muəllimələrindən nağıllar, tərbiyəvi hekayələr dinləyiblər. Daha sonra Aybəniz xanım uşaqlara kitablar hədiyyə edib. "Hərbi Qənimətlər parkı"nda baxca uşaqları Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi ilə tanış olublar. Bakının, eləcə də Abşeronun sirli, ecazkar memarliq abidəsi -"Qiz qalasi"na da seyahət edən məktəbəhazırlıq qrupunun uşaqları zəngin dünyagörüşünə sahib olublar. Bundan sonra uşaqlar parkda xüsusi oyunlar oynayib, əyləniblər.

Redaksiyadan:
Xoş təəssuratlar ilə yadda qalan bu gözəl gün üçün ilk öncə bağçanın müdirəsi Aybəniz xanım Sadıxovaya, qrup müəllimələri Bikə Mehdiyeva və Leyla Əhmədovaya, tədbirin daha mənalı gecməsi ücün yaxından kömək göstərən Xanım və Arzu xanıma dərin təşəkkür edirik.

BİA.AZ
скачать dle 12.1