Rusiyalılar xəbəri haradan alırlar?
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi əhalinin gündəlik informasiyaları hansı mənbələrdən əldə etdiyini öyrənmək üçün yeni sorğu keçirib.
Novator.az-ın məlumatına görə, sorğu göstərib ki, rusiyalıların əksəri xəbərləri televiziya, sosial şəbəkə və bloqlardan, eləcə də ünsiyyətdə olduqları insanlarla söhbətlər zamanı əldə edir.
Sorğunun nəticələrinə görə, rusiyalıların məlumat almaq məqsədilə üz tutduqları ən populyar informasiya mənbəyi televiziyadır. Televiziya bu baxımdan sosial şəbəkələri, bloqları, xəbər saytlarını iki dəfə, radio və qəzetlər də daxil olmaqla digər informasiya mənbələrini dörd dəfə üstələyir.
Ancaq gənclər arasında televiziya o qədər də populyar deyil. Sorğu zamanı gənc respondentlərin çoxu məlumatları internet vasitəsilə əldə etdiyini söyləyib.
Sorğu “WhatsApp” messencerinin və “YouTube” kanalının Rusiyada sosial şəbəkə və messencerler arasında lider olduğunu, yəni ən geniş auditoriyaya malik olduğunu üzə çıxarıb. “Facebook” bu baxımdan 9-cu, “Twitter” 10-cu yerdədir.