Bia.Az

BDU-da COVID-19 PASPORTUNA GÖRƏ İZDİHAM - Açıqlama + FOTOLAR

Cəmiyyət
 29-09-2021, 11:06     9

Sentyabrın 29-dan Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır. Oxu.Az-ın məlumatına görə, universitetlərdə tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması prosesi qapıda xaosun yaranmasına səbəb olub.

Sıxlıq daha çox Bakı Dövlət Universitetinin (BDU) qarşısında baş verib.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva bildirib ki, universitetdə tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub: “Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi, demək olar ki, mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub-olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir”.












скачать dle 12.1