Bia.Az

Özü də bir işıq, çıraq olan adam, “Şərəf” ordeniniz mübarək!

Cəmiyyət
 26-07-2021, 12:52     305

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor, İkinci, Üçünçü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, hazırda Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavin Eldar Allahyar oğlu Quliyevin adı ölkə ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına görə tanıyıb, hüsnü-rəğbət bəsləyir...

Yüz şərin, pisliyin içində bir yaxşı varsa, dünya elə o bir yaxşıya görə mənalıdır və yaşamağa dəyər. Eldar müəllim bu bölgüdə ikinciyə aid olan insanlardandır. Onu bir az yaxından tanısan mənəvi dünyasının zənginliyinə heyran qalarsan. Mehriban, iti zəkalı, mədəni, geniş təfəkkürlü adamdır. Etik qaydalara yüksək səviyyədə əməl edir. Lovğalanmaq, özündənrazılıq ondan çox uzaqdır.

Etiraf edək ki, gənc yaşlarından vəzifə yüksəlişi müqabilində mənəvi keyfiyyətləri saxlamaq hər kəsə nəsib olmur və bunu yalnız Eldar müəllimin xarakteri ilə yanaşı, həm də yüksək ailə tərbiyəsi ilə bağlamaq olar. Söz düşəndə deyir ki, atam mənə birbaşa heç nə deməyib: nəyi etmək olar, nəyi olmaz. Hələ lap gənclikdən sadəcə atamın hərəkətlərinə baxıb nəticə çıxarmışam. Doğru deyirlər ki, ən gözəl tərbiyə şəxsi nümunədir...

İnsan son dərəcə mürəkkəb, ziddiyyətli varlıqdır və onun dünyagörüşü, zövqü, maraq dünyası da önəmlidir. Bu mürəkkəb varlığın dünyagörüşü, zövqünün formalaşmasına ən müxtəlif amillər təsir edir. İnsanın mənəvi dünyası necədir, nə oxuyur, nələr haqqında düşünür? - bu sualların cavabı insanın xarakteri haqqında müəyyən təsəvvür yaradır. Şübhəsiz ki, insanın dünyagörüşünə təsir edən amillərdən biri də incəsənətdir, xüsusən ədəbiyyatdir. Orta və ali məktəbdə elmi-kütləvi ədəbiyyatı daha çox oxuduğunu deyən Eldar müəllim ümumən Azərbaycan, keçmiş sovet kinosu, ayrı-ayrı filmlər haqqındakı fikirləri adamı yaxşı mənada təəccübləndirir, həm də sevindirir…

Hər dəfə müxtəlif peşə sahibləri ilə söhbət edərkən ilk növbədə onların dünyagörüşü, hadisələrə münasibətləri, bədii zövqləri məimçün çox əhəmiyyət kəsb edir və nisbilik nəzəriyyəsinin banisi A.Eynşteyn deyirdi: "Dostoyevski mənə hər bir mütəfəkkirdən, hətta Qaussdan da çox şey verir”...

SSRİ dövründə Azərbaycanda əsas mıraciət forması "yoldaş” və "müəllim” idi. "Yoldaş” artıq arxaizmə çevrilməkdədir: onu ancaq yaşlı nəsil işlədir. İndi başqa müraciət formaları işlənir: cənab, bəy… "Müəllim” müraciət forması isə dəyişməz olaraq qalır. Məncə, bunun bir neçə səbəbi var. Birincisi, müəllim deyəndə yüksək savadı, zəngin mənəvi aləmi, dinləmək mədəniyyəti olan obyektiv, qərəzsiz insan nəzərdə tutulur. Elə insanlar ki, onlar həmişə bizim üçün örnək olub. İkincisi, hər kəsin heç vaxt yadından çıxmayan ilk müəllimi - ona yazmağı və oxumağı öyrədən insan olub. Sonralar bu ilk müəllimə sevimli orta və ali məktəb müəllimləri də əlavə olunur. Ancaq bu ümumi cəhətlərlə yanaşı Eldar müəllimlə bağlı bir xüsusi məqam da var: onun müəllimlərə, ziyalılara böyük rəgbəti var...

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin olsa da, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, ölkədə böyük bir məktəb yaratmış təcrübəli rektor və Millət Vəkili kimi əsl Vətən daşı sayılan Eldar Allahyar oğlu Quliyevdir.

...Bu gün nəinki rəhbəri oldugu coxminlık kollektivdə, bütün ölkədə belə onu hamı tanıyır. Bəli, hər kəs onu tanıyır, sevir və dəyərləndirir. Onu sevənlər və ona rəğbət bəsləyənlər uzun illərdir ki, bu insanı peşəkar, təcrübəli rektor, millət vəkili kimi məşğul olduğu sahələrdə, həm də ictimai prosesdə aparıcıl şəxslərdən biri kimi qiymətləndirir. Onun həyat yoluna diqqət yetirəndə sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələri hesabına nail olmuşdur.

... Eldar müəllim gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insanlardandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolda dözümlük və səbr göstərmək Eldar müəllimin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusilə vurğulamaq istəyirik: O, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

...Mübaliğəsiz demək olar ki, Eldar müəllim fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Lap cavanlıqdan bu günə kimi yalnız bir yolla addımlayır – bu yol ulu öndər Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Bəli, Eldar müəllim sıradan bir şəxs deyil, millətimizin yetişdirdiyi barmaqla sayılacaq ziyalılardandır. O, bütün ömrünü gənclərin təhsili işinə sərf edib. Onun qəlbi var. Çünki hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır, yoxsa bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.

Bəli, Eldar müəllim ölkə ictimaiyyət tərəfindən kifayət qədər sevilir, hörmətlə qəbul edilir. Çünki o bu mərtəbəyə təsadüfi yüksəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın, ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.

...Bu gun yaşğadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər.Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Bəli, bu həyat cırağana insanın həmişə ehtiyacı olub. Ən əski əyyamlarda da, orta əsrlərdə də, yüz il qabaq da, elə indi də. Çıraq ona görə gərəkdir ki, qaranlığı nurlandırsın, yol göstərsin, aydınlığı artırsın. Lakin qədim yunan filosofu Diogenin gündüzün günorta çağı əlində çıraq Afinanın küçələrini dolaşması və “Niyə belə edirsən? Bu işıqlıqda o çırağa nə ehtiyac?” soruşulanda “Adam axtarıram!” cavabını verməsi əhvalatı da məşhurdur.

Varlığında və hər əməlində işıq gəzdirən adam.

Nə qədər yaxşı insan olduğunu görməkçün əlavə çırağa, işığa ehtiyac qalmayan adam.

Özü də bir işıq, çıraq olan adam!

Mən Azərbaycan Kooperasiya Universitetinin rektoru iqtisad elmləri doktoru, professor, millət vəkili Eldar Allahyar oğlu Quliyev haqqında belə eşitdim, belə gördüm, belə tanıdım.

P.S

Bu gün daha bir şad xəbər ölkəyə yayıldı. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Eldar Allahyar oğlu Quliyev “Şərəf” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Həm də bu gün Eldar müəllimin 70 yaşı tamam olur.

Cox hörmətli professor, millət vəkili, xalqımızın dəyərli ziyalısı Eldar müəlim Sizi “Şərəf” ordeni ilə təltif olunmanız və eyni zamanda 70 illik YUBİLEYiniz münasibətilə ürəkdən və səmimi qəlbdən təbrik edirik!

Sizə uzun ömür, möhkəm cansaqlıqı, firavan həyat, xoşbəxtlik,ailə səadəti, şəxsi həyatınızda, əmək fəaliyyətinizdə və eləcə də ictimai işlərinizdə yeni-yeni uğurlar arzulayırıq!

Azerinform.az
скачать dle 12.1