Bia.Az

Dinc ölkələr: Azərbaycan 121-cidir

Cəmiyyət
 18-06-2021, 11:32     314

2021-ci ilin Qlobal Sülh İndeksi açıqlanıb. Beynəlxalq təşkilat – İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı, daxili və xarici təhdidlər meyarlarına əsaslanan reytinqdə İslandiya, Yeni Zelandiya, Danimarka, Portuqaliya, Sloveniya, Avstriya, İsveçrə, İrlandiya, Çexiya, Kanada ən dinc 10 ölkə kimi göstərilir.

Novator.az-ın məlumatına görə, Azərbaycan 163 ölkə arasında 121-ci yerdə qərar tutub.

Estoniya 30-cu, Latviya 35-ci, Litva 37-ci, Moldova 56-cı, Qazaxıstan 67-ci, Qırğızıstan 76-cı, Gürcüstan 89-cu, Özbəkistan 90-cı, Ermənistan 94-cü, Tacikistan 97-ci, Türkmənistan 109-cu, Belarus 117-ci, İran 141-ci, Ukrayna 142-ci, Türkiyə 149-cu, Rusiya 154-cüdür.


Siyahını Əfqanıstan qapayır.
скачать dle 12.1