Bia.Az

Ən populyar 20 ad

Cəmiyyət
 3-05-2021, 10:18     479

2021-ci ilin ilk dörd ayının ən populyar oğlan adı Əlidir. Novator.az Ədliyyə Nazirliyinin təqdim etdiyi statistikaya əsaslanıb bildirir ki, yanvar-aprel aylarında Azərbaycanda doğulan 384 oğlana Əli adı qoyulub.

Digər populyar oğlan adları belə sıralanır:

Uğur – 370 uşaq
Yusif – 369
Hüseyn – 366
Məhəmməd – 259
Ömər – 242
Murad – 222
Raul – 176
Ayxan – 168
Tunar – 166.

Qız adları içində Zəhra liderdir. Bu adı yanvar-aprel aylarında 431 qız alıb.
Zeynəb adı 337, Aylin adı 311 uşağa verilib.

Ən çox qoyulan qız adlarının ilk onluğunda bu adlar da yer alır:

Mələk – 297 uşaq
Məryəm – 295
Fatimə – 278
Nilay – 255
Nuray – 233
İnci – 226
Mədinə – 198.скачать dle 12.1