Bia.Az

“Bunların vəzifə eşqi Məcnunun Leyliyə olan eşqindən də üstündür…” - Xalq artisti

Cəmiyyət
 1-05-2021, 14:53     501

“Şəkmir rayonunda bir neçə dostum var və onlarla da söhbət etmişəm. Alimpaşa Məmmədov Şəmkirə icra başçısı təyin olunan gündən orda “at oynadır”, insanlara qan uddurur. Yenə də Allah həbsdə olanların qapısını açsın”

Yenisabah.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Xalq artisti hələ də vəzifələrdə korrupsioner icra başçılarının “at oynatdığını” bildirib:

“Alimapşa Məmmədov haqqında söz-söhbətlər hələ Vergilər Nazirliyində işləyən vaxt hallanırdı. Artıq elə bir həddə çatdı ki, onun yerini dəyişdilər. Şəkmir rayonunda bir neçə dostum var və onlarla da söhbət etmişəm. A.Məmmədov Şəmkirə icra başçısı təyin olunan gündən orda “at oynadır”, insanlara qan uddurur. Yenə də Allah həbsdə olanların qapısını açsın. İnsanları hidayət etmək lazımdı. Bu millətin ruhun, vətən, xalq sevgisin bərpa etmək lazımdır. Bunların vəzifə eşqi Məcnunun Leyliyə olan eşqindən də üstündü. Bu məmurların vəzifəyə, pula, var-dövlətə olan eşqi heç klassik ədəbiyyatda da bu səviyyədə deyil. Mütləq bu xəstəlik müalicə olunmalıdır. 
Gözünüzü yumun əlinizi uzadın R.Mehdiyevin kadrlarının hamısı oğru, korrupsionerdi. Bizim Azərbaycan cəmiyyətində o mərhələdə qəribə bir psixologiya formalaşıb. Əgər filankəs vəzifəyə təyin olunursa, öz qohum-əqrabasın da başına yığıb xanlıq etməlidir. Haqqını tələb edən vətəndaşı da düşmən elan edirlər. Elə edirlər ki, o adam öz el-obasından baş götürüb qaçsın. Bu birinci dəfə deyil. Hər dəfə bir icra başçısı həbs edilir, amma digərlərinə dərs olmur. Yenə öz əməlləri ilə məşğul olurlar. Demək bunların vəzifəyə olan məhəbbəti daha dəhşətlidi”. 
Şeyx Əbdül deyib ki, məmurların qohumlarını da vəzifədən uzaqlaşdırmaq lazımdır:
“Dövlət strukturlarında yoxlama aparılıb və bu qohumçuluq hakimiyyətinə son qoyulmalıdır. Bir nazirlikdə, icra hakimiyyətində qayınata, kürəkən, qayın və sair qohumlar işləyə bilməz. Bu adamlar vəzifəyə təyin olunan kimi istədikləri adamı məcbur edirlər ki, öz xoşunla ərizəni yaz işdən çıx. Əgər çıxmasan, səni özüm çıxaracam. Bu hal artıq bütün dövlət strukturlarında adi hal alıb. Bir vəzifədə beş ildən artıq işləmək olmaz. Dövlət, xalq malın yeyən məmurlar cəzalandırılmalıdır. Özü də xalqın gözünün qabağında olmalıdır. 
Mən boyda adam adi bir “JEK”in qəbuluna düşə bilmirəm. Ümumiyyətlə, sistemi dəyişmək lazımdır. Bu cür olmaz. Bu gün Azərbaycanda xalqa, dövlətə ürəyi yanan adamlar didərgin salınır. Hələ də Alimpaşa kimilər dövlət strukturlarında doludur.
Mən özüm məktub yazıram “yuxarılara”, amma gedib çatmır. Demək bütün nazirliklərin “Qəbul və məktublar şöbəsi” adlı cinayətkar bir təşkilatı var. Orda oturan peşəkar rüşvətxorlar bunun qarşısını alırlar”.  
скачать dle 12.1