Bia.Az

Sumqayıtda poliklinikanın baş həkimi və Qarabağ müharibəsi veteranı arasında nə baş verib? -İDDİA (AÇIQLAMA)

Cəmiyyət
 30-04-2021, 21:30     216

Bəzi media resurslarında Sumqayıt şəhər  2 saylı poliklinikasında  Qarabag müharibəsi veteranı Əsədov Vüqar Simran oğlunun müraciətinə baxılmadığı ilə bağlı xəbərlər yer alıb.Xeberle.com xəbər verir ki, bununla bağlı qaynarxett.az saytı məlumat yayıb. Yazıda iddia olunur ki, 2019-cu ildə elektrik travmasından sonra epilepsiya xəstəliyinə düçar olan veteranın müraciətinə qeyd edilən poliklinikada laqeyd yanaşılır.

 Xəbərdə poliklinikanın baş həkimi Arzu Əhmədovanın veteranla kobud rəftar etdiyi ilə bağlı fikirlər də yer alıb. Baş həkimin V. Əsədova "nə olsun ki, sən müharibə veteranısan? Mən də gəncəli qızıl Tofiqin qızıyam, heç kim mənə heç nə edə bilməz, get kimə istəyirsən şikayət et" deyə bildirdiyi iddia olunur. 

Arzu Əhmədova ilə əlaqə saxlayıb mövcud məsələyə aydınlıq gətirmək istədik. A. Əhmədova sualımızı sonacan dinləmədən aqressiv reaksiya göstərərək "elə sizin kimi jurnalistlərdir cəfəngiyyat danışan. Mən gəncəli deyiləm." deyərək telefonu söndürüb.

 Xədicə Səxavətqızı
скачать dle 12.1